“Birliyin Gücü – 2026” – FOTO

72

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin növbəti mərhələsi üzrə hazırlıq məşqləri keçirilib.

Denizxeber.az bildirir ki,  bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Məşqlər Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus akvatoriyasında yerləşən “Böyük Zirə” təlim sahəsində təşkil olunub.

Hazırlıq prosesinə Hərbi Dəniz Qüvvələrinin gözətçi və desant gəmiləri cəlb edilib, hər üç ölkənin hərbi qulluqçuları məşqlərdə fəal iştirak ediblər.

Təlim çərçivəsində dəniz və sahil infrastrukturunun mühafizəsi, terrorçular tərəfindən ələ keçirilmiş gəminin və girovların azad edilməsi, ərazinin minalardan təmizlənməsi, adaya dəniz desantının çıxarılması, terrorçu bazasının məhv edilməsi, həmçinin yaralıya ilkin tibbi yardım göstərilməsi və onun təxliyəsi üzrə tapşırıqlar yerinə yetirilib.

Qeyd edək ki, təlimin əsas məqsədi dost və müttəfiq ölkələrin orduları arasında xüsusi əməliyyatların keçirilməsi sahəsində təcrübə mübadiləsi aparmaq və qarşılıqlı fəaliyyətin təşkili üzrə bacarıqları təkmilləşdirməkdir.