2029-cu ilə qədər illik 300 min konteynerin daşınması hədəflənir

52

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) qlobal ticarətin inkişafında mühüm rol oynayaraq iki qitəni birləşdirir. Son beş il ərzində Orta Dəhliz vasitəsilə tranzit yükdaşımaların həcmi 3,5 dəfə artıb.

Denizxeber.az bildirir ki, bunu Qazaxıstanın Baş nazirinin müavini Maksat Kaliakperov Pekində keçirilən Qlobal Dayanıqlı Nəqliyyat Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2025-ci ildə Orta Dəhliz üzrə konteyner daşımalarının həcmi 77 min TEU-ya çatıb. 2029-cu ilədək bu göstəricinin 300 min TEU-ya çatdırılması planlaşdırılır.

Baş nazirin müavini bildirib ki, Qazaxıstandan 13 beynəlxalq nəqliyyat dəhlizi keçir. Onun sözlərinə görə, son 15 il ərzində ölkə bu dəhlizlərin inkişafına və müvafiq infrastrukturun yaradılmasına 35 milyard dollar sərmayə yatırıb.

“Orta Dəhliz üzrə hərəkət edən nəqliyyat vasitələrində rəqəmsal texnologiyalardan istifadə etməklə daha böyük həcmdə yüklərin vaxt itkisi olmadan təyinat məntəqəsinə çatdırılmasına nail olmaq mümkündür. Bu istiqamətdə ciddi addımlar atılır. Cənubi Qafqaz ölkələri, Çin və Avropa dövlətləri ilə əməkdaşlıq əlaqələri davam edir”, – deyə Maksat Kaliakperov qeyd edib.