Xəzər ilə bağlı YENİ PLAN

84

Xəzər sahili boyunca bulvarın genişləndirilməsi ilə Bakı şəhərinin Xəzər dənizinə çıxışı böyük ictimai məkan vasitəsilə təmin ediləcək.

Denizxeber.az bildirir ki, Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədri Xanlar Ağalarov bildirib ki, Bakı bulvarının gələcəkdə Zığ və Bibiheybət kimi şəhərin müxtəlif ərazilərini birləşdirən böyük ictimai dəhlizə və yaşıllıq zolağına çevrilməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, bulvarın genişləndirilməsi Bakı ilə Xəzər dənizi arasındakı əlaqənin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Şəhərin tarixi, iqtisadiyyatı və kimliyi Xəzər dənizi ilə sıx bağlı olduğundan, sahilboyu bulvarın və yaşıllıq zolağının genişləndirilməsi Bakının dənizə çıxışını daha da gücləndirəcək.

Xanlar Ağalarov qeyd edib ki, layihənin ekoloji və iqlim dayanıqlılığı baxımından da əhəmiyyəti böyükdür. Mavi və yaşıl infrastrukturun, yəni su hövzələri ilə yaşıllıq ərazilərinin vahid sistemdə inkişaf etdirilməsi şəhərin mikroiqliminə, havanın keyfiyyətinə, biomüxtəlifliyə və insanların təbiət ərazilərinə çıxış imkanlarına müsbət təsir göstərə bilər.