Vəzifə dəyişikliyi

65

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin İnsan Resursları Biznes Tərəfdaşlıq şöbəsinin rəhbəri Cavid Hüseynov öz istəyilə vəzifəsindən ayrılıb.

Denizxeber.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri Manaf Babayev müvafiq əmr imzalayıb.

Məlumata görə, Cavid Hüseynov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İdarə Heyətinin sədri Əfqan Cəlilovun əmri ilə bu qurumda Təhsil İnnovasiyaları və Rəqəmsal Mərkəzinin müdir müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, C.Hüseynov 2024-cü ildən “Azərpoçt”da çalışıb. O, 2015–2021-ci illərdə “Kapital Bank”da, 2021–2024-cü illərdə isə “PashaPay”da fəaliyyət göstərib.