Qazaxıstanda səfərdə olan Çin-Avropa və Çin-Mərkəzi Asiya yük qatarlarının rəsmi operatoru “Xi’an Free Trade Port Construction & Operation Co., Ltd.” şirkətinin nümayəndələri Kurık limanında görüş keçiriblər.
Denizxeber.az bildirir ki, görüş zamanı tərəflər Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafı, konteyner daşımalarının həcminin artırılması və uzunmüddətli əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Görüşdə yükdaşımaların səmərəliliyinin artırılması, logistika proseslərinin optimallaşdırılması və Xəzər regionu vasitəsilə beynəlxalq yük axınlarının genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib. Tədbirdə “Qazaxıstan Dəmir Yolları” SC-nin nümayəndələri də iştirak ediblər.
Tərəflər əməkdaşlığın daha da gücləndirilməsində və yeni birgə logistika layihələrinin həyata keçirilməsində maraqlı olduqlarını təsdiqləyiblər.





