Somali sahillərində piratlar tərəfindən girov götürülən 10 pakistanlı heyət üzvündən 4-ü azad edilib. Onların şənbə günü Kəraçiyə çatması gözlənilir.
Denizxeber.az “Dawn” nəşrinə istinadən xəbər verir ki, Pakistanın xarici işlər naziri İshaq Dar “X” sosial şəbəkəsindəki paylaşımında dənizçilərin azad edilməsinin Pakistan Xarici İşlər Nazirliyi və ölkənin Cibutidəki səfirliyinin ardıcıl səyləri nəticəsində mümkün olduğunu bildirib.
Nazir həmçinin həlak olan üç pakistanlı heyət üzvünün cənazələrinin də vətənə qaytarıldığını açıqlayıb və onların ailələrinə başsağlığı verib.
İshaq Darın sözlərinə görə, daha üç pakistanlı dənizçi gəminin kapitanı ilə birlikdə hələ də gəmidə qalır. Onların təhlükəsiz şəkildə azad edilməsi və Pakistana qaytarılması üçün dost ölkələrlə danışıqlar davam etdirilir.
Aİ-nin Hərbi Dəniz Qüvvələrinin “Atalanta” əməliyyat missiyasının məlumatına görə, Palau bayrağı altında üzən “Honour 25” neft tankeri aprelin 21-də Moqadişoya gedərkən Somali sahillərinin şimalında piratlar tərəfindən ələ keçirilib. Gəmidə ümumilikdə 17 heyət üzvü olub.





