Şimali Kipr sahillərində batan gəmidə həlak olanların sayı 19-a çatdı

54

Şimali Kiprin (ŞKTR) Girnə sahillərində avqustun 30-da batan sərnişin gəmisində itkin düşənlərin axtarışı zamanı daha bir nəfərin meyiti aşkarlanıb.

Denizxeber.az “TRT Haber”ə istinadən xəbər verir ki, meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün DNT ekspertizasına başlanılıb.

Bununla da qəza nəticəsində həlak olanların sayı 19-a yüksəlib. Hazırda itkin düşən 9 nəfərin axtarışları davam etdirilir.

Xatırladaq ki, avqustun sonlarında Şimali Kiprin Girnə sahillərində sərnişin gəmisinin batması nəticəsində ölənlərin sayının 18-ə çatdığı bildirilmişdi.