Hörmüz boğazında hərəkət edən neft tankeri naməlum mərminin zərbəsinə məruz qalıb. Zərbə nəticəsində gəminin maşın bölməsinə ziyan dəyib.
Denizxeber.az bildirir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımaları Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
Gəminin kapitanı naməlum mərminin tankerin maşın bölməsinə dəydiyini bildirib. Mövcud məlumata görə, heyət üzvləri təhlükəsiz yerdədir və onların arasında xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib.
Hələlik zərbəyə məruz qalan tankerin adı, qeydiyyat limanı və insidentin dəqiq baş verdiyi koordinatlar açıqlanmayıb.
Qeyd edək ki, UKMTO sentyabrın 30-dan oktyabrın 2-dək Hörmüz boğazında beş tankerin hücuma məruz qalması barədə məlumat yayıb.





