Panama bayrağı altında üzən “On Peace” tankeri Hörmüz boğazından keçərkən atəşə tutulub. Hücum nəticəsində 12 dənizçi yaralanıb.
Denizxeber.az bildirir ki, Hindistan Xarici İşlər Nazirliyinin məlumatına görə, gəmidəki 19 heyət üzvündən 17-si Hindistan vətəndaşıdır. Yaralananlar arasında 11 Hindistan vətəndaşı da var. Oman hakimiyyətinin dəstəyi ilə yaralılar təxliyə edilərək xəstəxanaya çatdırılıb.
Hindistan tərəfi bölgədə gəmilərə edilən hücumları pisləyib və dəniz ticarətinin bərpası üçün hücumların dərhal dayandırılmasına çağırıb.





