Yük gəmisinə edilən PUA zərbəsinin anbaan görüntüləri – VİDEO

54

Ukraynadan İtaliyaya taxıl daşıyan “Royad Məmmədov” yük gəmisinin Qara dənizdə PUA hücumuna məruz qalmasının anbaan görüntüləri yayılıb.

Denizxeber.az həmin görüntüləri təqdim edir.

Xatırladaq ki, hücum nəticəsində gəminin kapitanı Rüstəm Həsənov həlak olub, aşpaz Məhəmməd Süleymanzadə isə itkin düşüb.

Gəminin heyətinin ümumilikdə 13 nəfərdən (11-i Azərbaycan, 2-si Hindistan vətəndaşı) ibarət olduğu bildirilir. Hadisə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayaraq diplomatik nümayəndəliklər və aidiyyəti ölkələrin səlahiyyətli qurumları ilə koordinasiya işlərinin aparıldığını bildirib:

“Vətəndaşlarımıza zəruri tibbi və konsulluq dəstəyinin göstərilməsi, eləcə də həlak olan vətəndaşlarımızın cənazələrinin vətənə gətirilməsi ilə bağlı müvafiq prosedurların həyata keçirilməsi istiqamətində zəruri tədbirlər görülür”.

Qeyd edək ki, 2022-ci ildə gəmiyə 44 günlük Vətən müharibəsi şəhidi Röyad Məmmədovun adı verilib.