SEPAH Hörmüz boğazında maye qaz daşıyan “MT Sunshine” tankerini vurub

38

İran Silahlı Qüvvələrinin elit bölməsi sayılan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından keçməyə cəhd edən və maye qaz daşıyan iritonnajlı gəmiyə zərbə endirdiyini bəyan edib.

Denizxeber.az bildirir ki, bu barədə IRNA agentliyi məlumat yayıb. SEPAH-ın bəyanatında bildirilib:

“Bir neçə saat əvvəl maye qaz daşımaq üçün nəzərdə tutulmuş iritonnajlı “MT Sunshine” tankeri Hörmüz boğazının cənub akvatoriyasında qanunsuz marşrutla hərəkət etməyə çalışarkən zərbəyə məruz qalıb”.