İndoneziyanın Komodo Milli Parkı ərazisində turistləri daşıyan “KM Feronia” gəmisi güclü dəniz cərəyanına düşərək çevrilib və batıb.
Denizxeber.az “The Bali Times” qəzetinə istinadən xəbər verir ki, insident zamanı gəmidə olan 29 nəfər (21 xarici turist və heyət üzvləri) xilasedicilər tərəfindən təxliyə olunub. Hadisə nəticəsində 23 yaşlı dalğıc təlimatçısı Veronika Beatrix Cessikanın itkin düşdüyü bildirilir. Ərazidə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.





