Türkiyənin Qara dənizdə yerləşən “Sakarya” yatağında hasilatı artırmaq üçün nəzərdə tutulmuş ilk üzən istehsal platforması “Osman Qazi” dənizdəki vəzifə yerinə yola salınmağa tam hazırdır.
Denizxeber.az bildirir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar açıqlama verib. Nazir bildirib ki, hazırda Qara dənizdə gündəlik qaz hasilatı təxminən 9,5 milyon kubmetr təşkil edir.
Platformanın işə düşməsi ilə hasilatın həcmi ikiqat artaraq 20 milyon kubmetrə çatacaq. Nəticədə daxili tələbatı yerli qaz hesabına ödənilən mənzillərin sayı 4 milyondan 8 milyona yüksələcək. 20 il müddətinə istismarı nəzərdə tutulan “Osman Qazi” platformasının ölkə iqtisadiyyatına illik faydası 3,5 milyard dollar təşkil edəcək.





