Bundestaq Almaniya HDQ-nin Qırmızı dənizdəki missiyasının müddətini uzadıb

14

Almaniya parlamenti (Bundestaq) ölkənin Hərbi Dəniz Qüvvələrinin Avropa İttifaqının Qırmızı dənizdə həyata keçirdiyi “EUNAVFOR Aspides” təhlükəsizlik əməliyyatında iştirak mandatının uzadılması barədə qərar qəbul edib.

Denizxeber.az bildirir ki, parlamentin qərarı ilə missiyanın müddəti 2027-ci il oktyabrın 31-dək uzadılıb və əməliyyata cəlb olunacaq alman hərbçilərinin maksimum sayı 350 nəfər səviyyəsində saxlanılıb.

Missiyanın əsas vəzifəsi Qırmızı dənizdə beynəlxalq gəmiçiliyin təhlükəsizliyini qorumaq və ticarət gəmilərini Yəməndəki husilərin hücumlarından müdafiə etməkdir. Almaniya kontingenti Yunanıstanın Larissa şəhərindəki qərargahda, komanda gəmisində və havadan dəniz nəzarəti uçuşlarında iştirakını sürdürəcək. Husilərin hücumları səbəbindən bir çox gəmiçilik şirkəti Süveyş kanalından imtina edərək marşrutu Afrikanın cənubundakı Ümid burnuna yönəldib ki, bu da qlobal yükdaşımaların həftələrlə gecikməsinə gətirib çıxarır.