AZCON Holding-in icraçı direktoru Şahin Babayev Qazaxıstanın “Alem.ai” Beynəlxalq Süni İntellekt Mərkəzini ziyarət edib – FOTO

52

AZCON Holding-in icraçı direktoru Şahin Babayev Qazaxıstanın “Alem.ai” Beynəlxalq Süni İntellekt Mərkəzini ziyarət edib

Denizxeber.az bildirir ki, AZCON Holding-in icraçı direktoru Şahin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstana səfər çərçivəsində “Alem.ai” Beynəlxalq Süni İntellekt Mərkəzini ziyarət edib.

Səfər zamanı süni intellektin inkişaf tarixi, müasir süni intellekt texnologiyaları və onların müxtəlif sənaye sahələrində tətbiqi, eləcə də “Astana Hub”ın fəaliyyəti və startap ekosisteminin inkişafı barədə təqdimatlar olub.

Həmçinin süni intellekt sahəsində fəaliyyət göstərən təhsil platformalarının fəaliyyəti ilə tanışlıq olub, rəqəmsal bacarıqların inkişafı və innovasiya sahəsində təcrübə mübadiləsi aparılıb.