ASCO matros və motorçu vəzifələri üzrə vakansiyalar elan edib

3292

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) matros və motorçu vəzifələri üzrə vakansiyalar elan edib.

Namizədlər işə qəbul müsabiqəsində müsbət rəy aldıqda Ehtiyat Kadr Bazasına daxil ediləcəklər. Gələcəkdə yaranacaq işçi ehtiyacı məhz Ehtiyat Kadr Bazası hesabına qarşılanacaq.

Namizədlər vakansiyalara elektron qaydada 06 aprel 2023-cü il tarixinədək müraciət etməlidirlər. Bu zaman məlumatlar ətraflı doldurulmalı, tələb olunan bütün sənədlər təqdim edilməlidir.

Vakant yerlərlə bağlı məlumatlarla ətraflı tanış olmaq üçün aşağıdakı linklərə keçid edə bilərsiniz.

Seçim zamanı ADDA və ADK məzunlarına üstünlük veriləcək.

Matros: https://www.asco.az/az/pages/6/65/vacancy/12517

Motorçu: https://www.asco.az/az/pages/6/65/vacancy/12518

asco.az