Ötən il ASCO üzrə təhvil verilən müxtəlif tullantıların həcmi açıqlanıb

251

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan maye və bərk tullantıların su mənbələrinə, qrunta və havaya ekoloji mənfi təsirlərinin minimuma endirilməsini daim diqqətdə saxlayır. Əməliyyatlar zamanı ətraf mühitə zərərin vurulmaması üçün zəruri qabaqlayıcı tədbirlər görülür.

Ötən ilin nəticələrinə görə, ASCO gəmilərindən 70,004 m³ plastmas, 819,105 m³ qida qalığı, 710,469 m³ məişət tullantısı (kağız-karton, əski, şüşə, metal və s), 111,044 m³  istismar tullantısı, 10,172 m3 elektron tullantıları, 255 m³ neft qalığı-şlam, 5433,346 m³ döşəməaltı lyal sular, 93262,32 m³ məişət təsərrüfat çirkab su bağlanmış müqavilələr əsasında təcrübəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil verilməklə ərazilərimizdən kənarlaşdırılıb.

2022-ci ildə ASCO-nun sahil obyektləri üzrə 238,6 m³ çən dibində formalaşmış neftli şlam, 16,6 ton yanmış qəlib qumu, 2069,4 ton abraziv (gəmi gövdəsindən çıxan pas-boya-çınqıl-qum qarışığı),  77091,16 ton məişət çirkab suyu, 510 ton neftli döşəməaltı-lyal su, 188,868 ton sürtgü yağı, 5466,06 m³  məişət tullantısı (kağız-karton, taxta, əski, şüşə, metal, butulka və s), 978,82 m³  qida qalığı, 429,3 m³ polimer əsaslı və plastmas tullantı, 91,7 m³ yağlı və neftli tullantı, 165,75 m³ rezin tullantı, 68 ədəd akkumulyator və halvanik element, 539,35 m³ istismar tullantı, 21,5 m³  elektron tullantı, 0,526 m³  tibbi tullantılar aidiyyatı üzrə təhvil verilib.

2022-ci ildə 1,323 ton kağız, 0,724 ton plastmas, 8826,202 ton qara metal, 12,412 ton əlvan metal  isə təkrar emala göndərilib.

asco.az