Kanalın dərinləşdirilməsi işlərinə 45 gəmi cəlb edilib

360

Yayın ortalarında hava şəraitinin vaxtaşırı pisləşməsinə baxmayaraq, Volqa-Xəzər dəniz gəmiçiliyi kanalının dibdərinləşdirmə işləri qrafikə uyğun davam edir.

Bu barədə “Rosmorreçflot”un mətbuat xidməti məlumat yayıb.

Hazırda 15 dibdərinləşdirən və 30 texniki gəmi uzunluğu 188 km olan kanalda dibdərinləşdirmə işini təmin edir.

Kanalın ən çox lil və torpaq çöküntülərinə məruz qalan hissələrində qoruyucu qurğuların tikintisi də qrafikə uyğun aparılır.

Rusiya dövlət başçısının nəqliyyat işçilərinin qarşısına qoyduğu suya oturumu 4,5 metr olan gəmilərin kanaldan keçməsinə nail olmaq üçün böyük həcmdə dərinləşdirmə işləri görülür.

Dəniz üzgüçülüyünün etibarlı təhlükəsizliyi və Volqa-Xəzər kanalının ötürücülük qabiliyyətinin artırılması “Şimal-Cənub” strateji əhəmiyyətli beynəlxalq nəqliyyat dəhlizinin Transxəzər marşrutunun səmərəli fəaliyyəti üçün əsas şərtlərdəndir.

“Seanews.az”