ABŞ hərbçilərinin İrana qarşı tətbiq edilən dəniz blokadasının başlanmasından bu günədək yönləndirdiyi ticarət gəmilərinin sayı 78-ə çatıb.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.
Blokadanın icrası çərçivəsində 78 ticarət gəmisi alternativ istiqamətlərə yönləndirilib, 4 gəmi isə sıradan çıxarılıb.
CENTCOM qeyd edib ki, İrana qarşı dəniz blokadası aprelin 13-dən etibarən tətbiq olunur və məqsəd İran limanlarına daxil olan və həmin limanlardan çıxan gəmilərin hərəkətinə nəzarət etməkdir.
İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani isə ABŞ-nin regiondakı fəaliyyətini sərt tənqid edərək, bu addımların faktiki olaraq piratçılıq və terrorizmə bərabər olduğunu bildirib.





