“EFES-2026”də gəmi əməliyyatı

74

“EFES-2026”də gəmi əməliyyatı

Türkiyədə keçirilən “EFES-2026” çoxmillətli birgə təlimi çərçivəsində növbəti mərhələnin tapşırıqları uğurla icra edilib.

Əməliyyat planına uyğun olaraq iştirakçı ölkələrin hava-desant bölmələri şərti düşmən gəmisinin ələ keçirilməsi üzrə tapşırığı yerinə yetiriblər.

Hücum helikopterlərinin dəstəyi ilə hədəfə yaxınlaşan qruplar qısa müddətdə gəminin göyərtəsinə eniş həyata keçiriblər.

Yüksək koordinasiya və peşəkarlıqla icra edilən əməliyyat nəticəsində gəmi nəzarətə götürülüb, ekipaj üzvlərinin zərərsizləşdirilməsi və təhlükəsizlik tədbirlərinin təmin olunması üzrə tapşırıqlar tamamlanıb.