“ANİMAFİLM” komandası 9-cu ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının tərəfdaşı olan “Suraxanı” gəmi-muzeyində qonaq olub.
Səfər çərçivəsində iştirakçılar muzeylə tanış olub, daha sonra görüş çay süfrəsi ətrafında davam etdirilib.
Tədbirdə tanınmış animasiya rejissoru və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Elçin Hami Axundov, eləcə də redaktor və ssenari müəllifi Gülşən Hüseynova da iştirak ediblər.
Görüş zamanı animasiya sənəti, yaradıcılıq prosesləri və festival çərçivəsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
#ASCO#SurakhaniShipMuseum#Animafilm









