Yeniliklərin nümayiş olunduğu möhtəşəm stendlər

142

Bakı Enerji Həftəsinin diqqət çəkən xüsusiyyətlərindən biri iştirakçıların geniş coğrafiyanı əhatə etməsi oldu. Tədbirdə Çin, Yaponiya, Cənubi Koreya və digər Asiya ölkələrinin nümayəndələri ilə yanaşı, Rusiya şirkətlərinin də fəal iştirakı müşahidə edilirdi. Bu, Azərbaycanın enerji, sənaye və investisiya sahələrində beynəlxalq biznes dairələri üçün cəlbedici əməkdaşlıq məkanına çevrildiyini bir daha nümayiş etdirdi.

Denizxeber.az bildirir ki, tədbir günləri çərçivəsində bir sıra xarici şirkət və holdinqlərin nümayəndələri, Azərbaycan şirkətləri və investorları ilə əməkdaşlıq qurmaq niyyətlərini açıq şəkildə dilə gətirdi. Bu marağın əsasında uzun illər ərzində formalaşan iqtisadi münasibətlərin dayandiğı vurğulandı.Iştirakçılar yerli brendlərlə,davamlı olaraq proyektlərin həyata keçirilməsi mōvzusuna da toxunaraq “Bizi buraya, ölkənizin avropaya yeni qapı kimi açılması faktı gətirib”deyə bildirdilər.

Azərbaycanın beynəlxalq enerji layihələrinin təşəbbüskarı və iştirakçısı kimi qazandığı nüfuz, həmçinin Avropa ilə Asiyanı birləşdirən strateji mövqeyi ölkəni regional biznes və investisiya mərkəzlərindən birinə çevirib. Məhz buna görə də müxtəlif ölkələrin şirkətləri Bakı Enerji Həftəsini yalnız enerji forumu deyil, həm də yeni tərəfdaşlıqların qurulduğu, uzunmüddətli əməkdaşlıq imkanlarının müzakirə edildiyi mühüm platforma kimi qiymətləndirirlər.

Bu gün Azərbaycan təkcə enerji resurslarının ixracatçısı deyil, eyni zamanda müxtəlif ölkələr və biznes dairələri arasında etibarlı əməkdaşlıq mühitinin formalaşmasına töhfə verən ölkə kimi çıxış edir. Bakı Enerji Həftəsində müşahidə olunan yüksək beynəlxalq maraq da məhz bu etimadın və ölkənin artan iqtisadi nüfuzunun göstəricilərindən biridir.