İyunun 5-də Azov dənizində dron hücumları nəticəsində zərər görmüş gəmilərin heyət üzvləri olan 19 Azərbaycan vətəndaşı ölkəyə yola salınıb.
Denizxeber.az bildirir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti bununla əlaqədar məlumat yayıb. Bildirilib ki, həmin şəxslərin iyunun 9-da günorta saatlarında Azərbaycana çatmaları gözlənilir.
Məlumata görə, aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində 1969-cu il təvəllüdlü Qismət Əliyevin və 1981-ci il təvəllüdlü Fuad Orucovun nəşləri aşkar edilib.
Qeyd olunub ki, müvafiq prosedurlar tamamlandıqdan sonra nəşi tapılmış dörd Azərbaycan vətəndaşının cənazələrinin, eləcə də onları müşayiət etmək üçün Yeysk şəhərində qalan iki nəfərin yaxın günlərdə ölkəyə gətirilməsi planlaşdırılır.





