Dünya İdman Paytaxtından növbəti ev sahibliyi: “European Aquatics” Bakıya gəlir

110

Bakıda ilk dəfə Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) birgə təşkilatçılığı sayəsində Avropa Su İdmanı Federasiyasının (European Aquatics) konfransı keçiriləcək.

Denizxeber.az bildirir ki, cari il oktyabrın 10-da təşkil olunacaq tədbirdə qitənin müxtəlif ölkələrindən olan federasiya rəhbərləri iştirak edəcəklər.

Nümayəndələr 2026-cı ilin “Dünya İdman Paytaxtı” seçilmiş Bakıda bir araya gələrək su idman növlərinin qlobal inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparacaq, həmçinin icra olunmuş və planlaşdırılan gələcək layihələri müzakirə edəcəklər.