Hörmüz boğazından keçid sayına məhdudiyyətlər tətbiq olunur

60

İran silahlı qüvvələri strateji əhəmiyyətli Hörmüz boğazını gəmiçilik üçün yenidən açıb. Lakin akvatoriyadan gəmilərin keçidi məhdud sayda təmin olunacaq.

Denizxeber.az bildirir ki, bu barədə İranın “Fars” xəbər agentliyi hərbi mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, boğazdan təhlükəsiz keçid üçün dəniz nəqliyyatına verilən icazələrin sayı sabit qalmayacaq. Gündəlik keçid limiti bölgədəki mövcud şəraitdən, logistik və təhlükəsizlik amillərindən asılı olaraq hər gün yenidən müəyyən ediləcək və dəyişəcək.

Qeyd edək ki, qlobal neft ticarətinin əsas tranzit arteriyası hesab olunan Hörmüz boğazında hərəkətin qismən də olsa bərpası dəniz daşımaları sektorunda gərginliyin azaldılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.