İran müəyyən edilmiş dəniz dəhlizlərindən kənara çıxan gəmilərlə bağlı kəskin xəbərdarlıq yayıb. İranın Körfəz Təhlükəsizlik İdarəsinin məlumatına görə, təyin olunmuş marşrutlardan kənarda hərəkət edən hər hansı gəminin təhlükəsiz keçidinə Tehran tərəfindən zəmanət verilməyəcək.
Denizxeber.az bildirir ki, Rəsmi Tehran bəyan edib ki, müəyyən edilmiş marşrutlardan kənara çıxmağın doğuracağı bütün mənfi nəticələrə görə məsuliyyət tamamilə gəmi sahiblərinin, kapitanların və ya gəmini idarə edən operatorların üzərinə düşəcək.
Xatırladaq ki, bu xəbərdarlıq Hörmüz boğazında xarici yük gəmilərinə edilən son hücumlar və bölgədə ABŞ ilə İran arasında dəniz təhlükəsizliyi üzrə gərginliyin artdığı bir dövrə təsadüf edir.





