Gərginliyi idarə etmək üçün yeni əlaqə xətti!

65

Hörmüz boğazında eskalasiyanın (gərginliyin) qarşısının alınması üçün xüsusi əlaqə xətti yaradılıb və artıq fəaliyyət göstərir.

Denizxeber.az bildirir ki, bu barədə TASS agentliyi Qətərin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Macid bin Məhəmməd əl-Ənsarinin açıqlamasına istinadən məlumat yayıb.

Rəsmi nümayəndə keçirdiyi brifinqdə bölgədəki vəziyyət və böhranın idarə olunması ilə bağlı bu məqamları qeyd edib: Xüsusi əlaqə kanalı artıq son bir neçə gündə baş vermiş gərginliyin yatırılması üçün aktiv şəkildə istifadə olunub. Diplomat sistemin iş prinsipi ilə bağlı texniki detalları açıqlamayıb. Doha rəhbərliyi tərəfdaşları ilə birlikdə regional təhlükəsizlik müzakirələrinin təşkili imkanlarını nəzərdən keçirir. Region dövlətlərinin, xüsusilə də İranın danışıqlar prosesinə cəlb edilməsi və mövcud narahatlıqların şəffaf müstəvidə müzakirəsi üçün uyğun şəraitin yaradılması planlaşdırılır.

Qətər rəsmisi vurğulayıb ki, rəsmi Doha bölgədə sabitliyin təmini məqsədilə regional tərəfdaşları ilə sıx əməkdaşlığı davam etdirir.