Kiçikhəcmli gəmi istifadəçiləri üçün maarifləndirici tədbirlər – FOTO

148

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlərini davam etdirir.

Denizxeber.az bildirir ki, “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən növbəti tədbirlər çərçivəsində gəmi sürücülərinə və balıqçılıqla məşğul olan subyektlərə təhlükəsizlik qaydaları ətraflı izah olunub.

Maarifləndirmə görüşlərində əsas diqqət yetirilən məsələlər aşağıdakılar olub:

Su nəqliyyatı vasitələrinin qanunvericiliyə uyğun olaraq vaxtında texniki baxışdan keçirilməsi və sürücülük hüququ üçün müvafiq vəsiqələrin alınmasının vacibliyi xatırladılıb.

Gəmilərin fərdi və kollektiv xilasedici vasitələrlə, eləcə də zəruri naviqasiya avadanlıqları ilə tam təmin olunmasının dənizdə insan həyatı üçün önəmi diqqətə çatdırılıb.

İştirakçılara fövqəladə hallar zamanı davranış və xilasedici vasitələrdən düzgün istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

Tədbirlərin sonunda gəmi sahiblərinə və sürücülərə kiçikhəcmli gəmilərin təchizat avadanlıqları və təhlükəsiz istismar qaydaları haqqında maarifləndirici broşürlər paylanılıb.