İndoneziyanın Lombok adası (Qərbi Nusa-Tenqara əyaləti) sularında “Putri Yasmin” sərnişin bərəsində qəfil yanğın hadisəsi qeydə alınıb.
Denizxeber.az bildirir ki, insident gəmi Bali adasından qonşu Lombok adasına doğru dəniz keçidi həyata keçirərkən baş verib. Hadisə yerinə dərhal xilasedici qüvvələr və yaxınlıqdakı dəniz vasitələri cəlb olunub, nəticədə 112 sərnişin təhlükəsiz şəkildə təxliyə edilib.
Padanqbaydakı rəsmi nümayəndənin təqdim etdiyi sərnişin siyahısına əsasən, bərənin göyərtəsində 114 sərnişin və 17 heyət üzvü olub. Sərnişinlər və gəmi heyəti arasında həyatını itirən və ya ağır xəsarət alanlar barədə məlumat daxil olmayıb. Bərənin mühərrik və ya yük bölməsində başladığı ehtimal edilən yanğının dəqiq yaranma səbəbləri yerli dənizçilik və təhlükəsizlik qurumları tərəfindən araşdırılır.





