Qara dənizdə hərbi gərginlik

50

Rusiya Silahlı Qüvvələri Qara dəniz akvatoriyasında Ukrayna Hərbi Dəniz Qüvvələrinə və hərbi dəniz infrastrukturuna aid dəniz vasitələrinə qarşı zərbələri davam etdirir.

Denizxeber.az bildirir ki, gün ərzində həyata keçirilən hava hücumu zamanı pilotsuz uçuş aparatları (PUA) Odessanın cənub hissəsində, Qara dəniz sularında hərəkətdə olan Ukraynaya məxsus patrul qayığını hədəf alıb.

Rusiya hərbi mənbələrinin məlumatına görə, patrul qayığına zərbə Zərbə-PUA-ları (kamikadze dronlar) vasitəsilə endirilib.

Rusiya Müdafiə Nazirliyi bildirir ki, vurulan patrul qayığı Ukrayna Silahlı Qüvvələri üçün hərbi təyinatlı yüklər və silah-sursat daşıyan quru yük gəmilərini Ukrayna limanlarına müşayiət etmək (konvoy xidməti göstərmək) məqsədilə istifadə olunurdu. Odessa və ətraf limanların cənub akvatoriyasında dəniz nəqliyyatına və hərbi katerlərə qarşı PUA və raket zərbələri riskləri yüksək olaraq qalır.