Vəhşi təbiətin nəhəng mühafizəçiləri

113

Hər il avqustun 12-si dünyada Ümumdünya Fil Günü kimi qeyd olunur.

Denizxeber.az bildirir ki, 2012-ci ildə təsis edilmiş bu xüsusi günün əsas amacı Yerin ən böyük quru məməlilərinin mühafizəsinə diqqət çəkmək, brakonyerlik və yaşayış mühitinin daralması kimi qlobal problemlərə qarşı beynəlxalq həmrəyliyi artırmaqdır.

Təbiətdə Afrika savanna fili (ən irisi; erkəkləri 4-7 ton), Afrika meşə fili və Asiya fili (3-5 ton) mövcuddur. Afrika fillərinin qulaqları Afrika qitəsini, Asiya fillərininki isə Hindistan yarımadasını xatırladır. 150 min əzələ vahidindən ibarət olan xortum eyni anda 8 litr su tuta bilir. O, nəfəsalma, qida toplama, ünsiyyət və hətta üzgüçülük zamanı hava borusu rolunu oynayır.

Güclü ailə bağları olan sürülərə dişi fillər rəhbərlik edir. Yüksək hafizələri sayəsində su mənbələrini və miqrasiya yollarını onlarca il unutmurlar. Yeni doğulmuş balalar 120 kq çəkiyə malik olur və 20 dəqiqəyə ayaq üstə dura bilirlər. Gün ərzində 150 kq-a qədər ot, budaq və meyvə ilə qidalanan fillər toxumların yayılması və meşə/savanna balansının qorunmasında həlledici rol oynayırlar.

Fil sümüyü ticarəti səbəbindən hər il təxminən 20 min fil öldürülür. Son bir əsrdə Afrika fillərinin 90%-i məhv edilib (hazırda vəhşi təbiətdə cəmi ~415 min qalıb). Asiya fillərinin sayısı isə 48–52 min arasındadır. İri dişli fillərin hədəf alınması nəticəsində populyasiyada təbii seçmə pozulub; daha çox fil kiçik dişlərlə və ya tamamilə dişsiz doğulmağa başlayıb. İnsan məskənlərinin genişlənməsi miqrasiya dəhlizlərini parçalayır. Quraqlıq və su qıtlığı isə onların sağ kalmasını çətinləşdirir.