Çimərlik polosu üzrə “See Breeze 2026”

112

“Sea Breeze Resort” ərazisində “Havana Beach”də keçirilən çimərlik polosu üzrə “See Breeze 2026” beynəlxalq turniri dünən start götürüb.

Denizxeber.az bildirir ki, ilk oyun Böyük Britaniya və İsveçrə komandaları arasında baş tutub. Görüş İsveçrə komandasının 7:6 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, tədbirin rəsmi təşkilatçıları Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) və “Sea Breeze”dir. Turnirdə Azərbaycan, Böyük Britaniya, İsveçrə və Rusiyanı təmsil edən 4 komanda iştirak edir. Yarışda ümumilikdə 12 poloçu mübarizə aparır. Komandaların heyətində Azərbaycan, Böyük Britaniya, İsveçrə, Rusiya, Argentina və Cənubi Afrika Respublikasını təmsil edən idmançılar yer alır.