Tariximizi hər kəs üçün əlçatan edək

239

Dənizçilik tariximizi hər kəs üçün əlçatan etməyə çalışırıq.

“Suraxanı” gəmi-muzeyində eşitmə məhdudiyyətli ziyarətçilərin ekspozisiya ilə daha yaxından tanış olması üçün video materiallar işarə dili ilə müşayiət olunur, işarə dilində xüsusi ekskursiyalar təşkil edilir.

Beynəlxalq İşarə Dili Günü münasibətilə isə muzeyimizdə məhz eşitmə məhdudiyyətli şəxslər üçün ödənişsiz ekskursiya keçiriləcək. “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin dəstəyi ilə təşkil olunacaq ekskursiyanı muzeyin işarə dili üzrə tərcüməçisi Nərgiz Abdulova təqdim edəcək.

19 sentyabr

12:00

İştirak ödənişsizdir

Öncədən qeydiyyat mütləqdir

Qeydiyyat və ətraflı məlumat: 050 274 30 97

#ASCO#SurakhaniShipMuseum#BeynəlxalqİşarəDiliGünü