Uzun səfərdən sonra Quam adasında

72

ABŞ-nin “Abraham Lincoln” təyyarədaşıyan gəmisi Yaxın Şərqdə uzunmüddətli dislokasiyadan sonra şənbə günü Quam adasındakı hərbi bazaya çatıb.

Denizxeber.az bildirir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Yeddinci Donanmasının mətbuat xidməti məlumat yayıb.

“Quam hərbi dəniz bazasında dayanmaq üçüncü təyyarədaşıyan zərbə qrupunun heyətinin doqquz ay ərzində Amerika torpağına ilk qayıdışı olub”, – açıqlamada bildirilib.

ABŞ Hərbi Dəniz Qüvvələri İnstitutunun “USNI News” portalı isə qeyd edib ki, təyyarədaşıyan gəminin dislokasiyası 300 gündən çox davam edib. Hazırda gəmi ABŞ-nin qərb sahilinə qayıdışını başa çatdırır.

Qeyd edək ki, Quam Sakit okeanın qərbində yerləşən və ABŞ-yə məxsus adadır.