İdman və sahil balıqçılığı – FOTO

184

Surfkastinq (sahildən balıq ovu) üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib.

Denizxeber.az bildirir ki, bu barədə Azərbaycan Su İdman Növləri Federasiyasının (ASİNF) mətbuat xidməti məlumat yayıb.

Turnir Gənclər və İdman Nazirliyi, ASİNF və Bakı Balıqçılar və Sualtı Ovçular Klubunun birgə təşkilatçılığı ilə keçirilib.

Dörd balıqçılıq klubunu təmsil edən 35 iştirakçının mübarizə apardığı yarışın açılış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov idmançıları salamlayaraq onlara uğurlar arzulayıb. Nazir ölkədə idmana və idmançılara göstərilən dövlət qayğısından danışıb, son illərdə su idmanı növlərinin inkişafını qeyd edib.

Rəsmi hissədən sonra nazirin simvolik olaraq ilk spininqi suya atması ilə çempionata start verilib. Yarış surfkastinq üzrə beynəlxalq qaydalara uyğun keçirilib. Altı saat ərzində tutulan balıqlar hakimlər tərəfindən müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilib və ən yüksək nəticə göstərən iştirakçılar müəyyənləşib.

Qaliblər diplom, medal və digər hədiyyələrlə mükafatlandırılıblar. Hakimlərə isə peşəkarlıqlarına görə ASİNF tərəfindən diplomlar təqdim olunub.

Yarışın texniki nəticələri:

  1. Əhməd Məmmədov – Azərbaycan Karpfişinq Klubu
  2. İlkin Umudov – Bakı Balıqçılar Klubu
  3. Fərman Abdulov – Bakı Balıqçılar Klubu

“Big Fish” mükafatı: İlkin Umudov – Bakı Balıqçılar Klubu. O, 40 sm uzunluğunda ən böyük balığı tutub.