Jest dilinin cəmiyyətdə təbliği

41

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının qərarı ilə sentyabrın 23-də dünya ictimaiyyəti Beynəlxalq Jest Dilləri Gününü qeyd edir.

Denizxeber.az bildirir ki, bu əlamətdar gün ilk dəfə 2018-ci ildə qeyd olunub. Beynəlxalq Jest Dilləri Günü dünyada eşitmə və nitq məhdudiyyəti olan insanlara, həmçinin ünsiyyət üçün təxminən 300 müxtəlif jest dilindən istifadə edən insanlara diqqət çəkir.

BMT-nin məlumatına görə, bu il gün “Kar insanların hüquqlarının bəyan edilməsi” mövzusu altında keçirilir. Bu mövzu milli işarət dillərindən istifadə etməklə tam əlçatanlıq da daxil olmaqla, kar insanların hüquqlarının tanınmasının, qorunmasının və təşviqinin vacibliyini vurğulayır.

BMT bu gün münasibətilə kar insanların hüquqlarının həyatın bütün sahələrində reallığa çevrilməsi üçün fəaliyyətə çağırış edir.

Qeyd edək ki, jest dilləri danışıq dillərindən fərqlənən və fikirləri tam şəkildə ifadə etməyə imkan verən təbii dillərdir. Jest dillərinin istifadəsi BMT-nin Əlillərin Hüquqları haqqında Konvensiyasında tanınır və dəstəklənir.

Sənəddə qeyd olunur ki, jest dilləri danışıq dilləri ilə eyni statusa malikdir. BMT-yə üzv dövlətlər jest dillərinin öyrənilməsini asanlaşdırmalı, eləcə də kar icmalarının dil və mədəni kimliyinin inkişafına dəstək göstərməlidirlər.