Gəmidə güclü yanğın

50

Rusiyanın Kamçatka sahillərində göyərtəsində 29 ekipaj üzvünün olduğu “Triumf” gəmisində yanğın baş verib.

Denizxeber.az TASS-a istinadən xəbər verir ki, yanğın nəticəsində 7 nəfər xəsarət alıb.

Ekipaj üzvlərindən 25 nəfəri ərazidən keçən “Persey” gəmisi tərəfindən təxliyə edilib.

Xilasedicilərin dəqiqləşdirilmiş məlumatına görə, gəminin kapitanı xilas olunub. Dörd ekipaj üzvü isə itkin düşüb. Hazırda onların axtarışları davam etdirilir.