Qurbanlarının sayı 66-ya yüksəlib

45

İndoneziyaya məxsus “Virgo Transport 8” gəmisinin batması nəticəsində həyatını itirənlərin sayı 66 nəfərə yüksəlib.

Denizxeber.az bildirir ki, bu barədə The Jakarta Post məlumat yayıb.

Nəşrin məlumatına görə, axtarış-xilasetmə əməliyyatlarının 16-cı günündə 69 nəfərin taleyinin hələ də məlum olmadığı bildirilir. 108 nəfər isə xilas edilib.

Qeyd edək ki, sentyabrın 13-də Şərqi Yavanın Surabaya şəhərindən Cənubi Kalimantan əyalətinin Bancarmasin şəhərinə hərəkət edən bərə qəzaya uğrayıb.

Hadisə zamanı gəmidə 30-u ekipaj üzvü olmaqla, ümumilikdə 243 nəfər olub.