Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletlərinin verilmədiyini açıqlayıb

38

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizində keçirilən hərbi təlimlər zamanı həlak olan hərbçilərin lazımi avadanlıqla, o cümlədən xilasetmə jiletləri ilə təmin edilmədiyini bildirib.

Denizxeber.az bildirir ki, Tokayev Qazaxıstan Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsləri ilə görüşündə təlimlərin təşkili, hərbi qulluqçuların təchizatı və təhlükəsizlik tədbirlərinin araşdırılmasını tapşırıb.

Qeyd edək ki, sentyabrın 24-də Manqistau vilayətində keçirilən “Xəzər Korqanı-2026” təlimləri zamanı 17 hərbçi “Kaisar” gəmisindən dənizə düşüb. Onlardan 3-ü xilas edilib, 14 hərbçi isə həlak olub.

Hadisənin səbəbləri ilə bağlı araşdırma davam etdirilir.