Rəsmi maskotlar ictimaiyyətə təqdim edilib

127

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir!

Tanış olun: Araz, Damla və Xəzər!

Onlar sadəcə maskot deyil, ən kiçik həvəskarlardan peşəkar idmançılara qədər hər kəsin qəlbindəki suya olan sonsuz sevginin simvoludurlar. Qəhrəmanlarımızın məqsədi suya qənaətin önəmini bir daha vurğulamaq, həmçinin Xəzər dənizinin səviyyəsinin azalmasını diqqətdə saxlamaqdır.

Su həyatdır, ona görə gəlin suyu və Xəzərimizi birlikdə qoruyaq!

Qeyd edək ki, maskotlarla Dünya Kuboku çərçivəsində tanış olmaq mümkün olacaq.

“İpək Yolu” (The Silk Road Tour) Dünya Kuboku 1-3 oktyabr | Su İdmanı Sarayı | Biletlər: iTicket.az

Tərəfdaşlarımız: Botanica Residence | RCT | Universal Hospital | Bənövşə Aptek | Haval | Volvo | Maserati

#ASF#AzeSwimming#SwimmingWorldCup#WorldCup#Baku2026