Xəzər dənizinin dayazlaşması sammitdə müzakirə olunacaq

81

Türkmənistanda keçiriləcək Xəzər Ətraf Mühit Sammitində Xəzər dənizinin dayazlaşması məsələsi müzakirə ediləcək.

Denizxeber.az bildirir ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, mütəxəssislər dəniz səviyyəsinin aşağı düşməsini əsasən iqlim dəyişikliyi ilə əlaqələndirirlər. Onun sözlərinə görə, suya daxil olan həcmin azalması və buxarlanmanın artması səviyyənin dəyişməsinə səbəb olur.