ABŞ Hərbi Dəniz Qüvvələrinin “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi Yaxın Şərqə çatacaq

54

ABŞ Hərbi Dəniz Qüvvələrinin “Theodore Roosevelt” nüvə enerjili təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq.

Denizxeber.az bildirir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb. Gəmi regionda xidmət aparan digər iki ABŞ təyyarədaşıyan gəmisinə qoşulacaq.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp və Dövlət katibi Marko Rubio noyabrın 12-13-də İranla bağlı hərbi əməliyyatlar barədə açıqlamalar verərək Vaşinqtonun hazırda daha sərt hərbi addımlara ehtiyac görmədiyini bildiriblər.