Təcrübə ilə başlayan yol peşəkar fəaliyyətlə davam edir – FOTO

58

AZCON Holding-in təşəbbüsü, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində reallaşan “Rəqəmsal körpü” yay təcrübə proqramının II dalğasında ASCO-da təcrübə keçmiş 6 tələbədən 3-ü artıq komandamızın üzvüdür. ⚓

Denizxeber.az bildirir ki, təcrübə müddətində bilik və bacarıqlarını real layihələr və iş prosesləri ilə sınamaq imkanı qazanan Nicat Əhmədov, Həmid Ağabəyov və Nəzrin Əliyeva yüksək nəticələr əldə edərək ASCO-nun İnformasiya texnologiyaları departamentində işə qəbul olunublar.

Gənc həmkarlarımızı təbrik edir, onlara fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq!

#RİNN #ETN #AZCON #ASCO #RəqəmsalKörpü