“Brent” üçün yeni proqnoz

80

“Brent” markalı xam neftin bir barelinin qiymətinin may və iyun aylarında təxminən 106 dollar səviyyəsində qalacağı proqnozlaşdırılır.

Bu barədə ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatında bildirilib.

Məlumata görə, “Brent” neftinin spot qiyməti ötən ay kəskin artaraq aprelin 7-də 138 dollar/barelə yüksəlib, ay üzrə orta qiymət isə 117 dollar/barel təşkil edib.

EIA qeyd edir ki, Yaxın Şərqdə neft hasilatının artması fonunda qiymətlərin tədricən enməsi gözlənilir. Proqnoza əsasən, 2025-ci ilin IV rübündə “Brent” orta hesabla 89 dollar/barelə, 2027-ci ildə isə 79 dollar/barelə düşə bilər.

Hesabatda həmçinin bildirilir ki, Hörmüz boğazında yaranan məhdudiyyətlər qlobal neft tədarükünü azaldır. Qlobal neft ehtiyatlarının bu ilin ikinci rübündə gündəlik orta hesabla 8,5 milyon barel azalacağı gözlənilir.