Yeni neft marşrutu hazırlanır

178

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2027-ci ildə Hörmüz boğazından yan keçən yeni neft ixrac boru kəmərini istifadəyə verməyi planlaşdırır.

Bu barədə “Al Arabiya” məlumat yayıb.

Layihə çərçivəsində çəkiləcək boru kəməri nefti birbaşa Əl-Füceyra limanına yönləndirəcək və bununla da Hörmüz boğazından asılılıq azalacaq.

Məlumata görə, yeni infrastruktur “Abu Dhabi National Oil Company” (ADNOC) üçün ixrac imkanlarını genişləndirəcək və neft tədarük həcmini iki dəfə artırmağa şərait yaradacaq.

Layihənin həyata keçirilməsi regionun enerji təhlükəsizliyi və alternativ ixrac marşrutlarının inkişafı baxımından strateji əhəmiyyət daşıyır.