Dənizçilər üçün peşəkar hazırlıq

193

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Təlim-Tədris Mərkəzində (TTM) növbəti “DP Induction” və “DP Simulator” təlimləri təşkil olunub.

Beş gün davam edən təlimlər ingilis dilində keçirilib.

Təlimlərdə ümumilikdə 12 nəfər iştirak edib ki, onlardan biri xarici ölkə vətəndaşı olub.

Kurs proqramını uğurla başa vuran iştirakçılar yekun imtahanda müvəffəqiyyət qazanaraq sertifikatlarla təltif ediliblər.

ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasının tərkibində fəaliyyət göstərən Təlim-Tədris Mərkəzi Böyük Britaniyanın “The Nautical Institute” təşkilatı tərəfindən akkreditasiya olunub. Mərkəz dünyada “DP Induction”, “DP Simulator”, “DP Revalidation” və “DP Vessel Maintainer” təlimlərini keçirmək səlahiyyətinə malik 85 təlim mərkəzindən biri, Azərbaycanda isə bu sahədə yeganə qurumdur.

ASCO#TTM#