Havay ştatının Honolulu şəhərində yerləşən Ala Vay limanında ekoloji insident qeydə alınıb.

155

ABŞ Sahil Mühafizəsinin məlumatına görə, liman akvatoriyasında neft məhsullarının, xüsusilə dizel yanacağının sızması və yayılması müəyyən edilib. Hadisə yerində çirklənmənin məhdudlaşdırılması və nəticələrinin aradan qaldırılması istiqamətində Sahil Mühafizəsi ilə yanaşı, bir sıra dövlət qurumları və ixtisaslaşmış özəl şirkətlər cəlb olunub.

Rəsmi məlumatda bildirilir ki, artıq 23 kisə hopdurucu materialdan istifadə olunaraq çirklənmənin lokallaşdırılması və yanacağın toplanması işləri aparılıb. Lakin dağılmanın miqyası və mənbəyi hələlik müəyyən edilməyib, araşdırmalar davam etdirilir.

İlkin məlumata əsasən, hadisə nəticəsində insan itkisi və ya ciddi ekoloji ziyanın qeydə alınmadığı bildirilir.