Xəzər dənizində zəlzələ qeydə alınıb

242

Xəzər dənizində 3.6 maqnitudalı zəlzələ baş verib.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 05:47-də qeydə alınıb. Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.