Dünyanın ilk tankeri

579

Bilirdinizmi?

Dünyanın ilk neft tankeri hesab olunan “Zoroastr” (“Zərdüşt”) gəmisi 1878-ci ilin may ayında Xəzər dənizində istismara verilib.

İsveçdə inşa edilən gəmi Bakı limanında qeydiyyata alınaraq Xəzərdə fəaliyyətə başlayıb və dünya dəniz nəqliyyatı tarixində yeni mərhələnin əsasını qoyub. “Zərdüşt” neft məhsullarının xüsusi tanklarda daşınmasını təmin edən ilk tanker kimi tanınır və sonradan qlobal tanker sənayesinin formalaşmasına böyük təsir göstərib.

“Zərdüşt” tankerinin əsas göstəriciləri:

  • Uzunluğu – 56 metr
  • Eni – 8 metr
  • Sürəti – 10 düyün
  • Yükgötürmə qabiliyyəti – 15 000 pud

Bu gün dünya enerji tədarükünün vacib hissəsi olan tanker daşımalarının tarixi məhz Xəzərdə fəaliyyətə başlayan bu əfsanəvi gəmi ilə başlayıb.

#ASCO #Tariximiz #Zərdüşt #Xəzər #Dənizçilik #Dənizçilər