Azərbaycan və ABŞ arasında enerji körpüsü

122

ABŞ-nin “ExxonMobil Corporation” şirkətinin qlobal kəşfiyyat üzrə vitse-prezidenti Con Ardil Bakı Enerji Forumu çərçivəsində keçirilən “Upstream – yeni perspektivlər” sessiyasında çıxışı zamanı Azərbaycanla enerji əməkdaşlığının əhəmiyyətini vurğulayıb.

Onun sözlərinə görə, enerji sahəsində həyata keçirilən birgə fəaliyyət Azərbaycan və ABŞ arasında formalaşmış etibarlı tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir:

“Enerji sahəsindəki birgə fəaliyyətimiz Azərbaycan ilə ABŞ arasında etibarlı enerji tərəfdaşlığının daha da gücləndirilməsinə xidmət edir”.

Con Ardil bildirib ki, “ExxonMobil” hazırda Azərbaycanın ən mühüm enerji layihələrindən biri olan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun tammiqyaslı inkişafının planlaşdırılması mərhələsində iştirak edir:

“Hazırda biz AÇG layihəsinin tammiqyaslı inkişaf planlaşdırılması mərhələsində iştirak edirik. Layihənin gələcək inkişaf perspektivləri üzərində fəal şəkildə işləyirik”.

Bu bəyanat AÇG layihəsinin uzunmüddətli inkişafı və Azərbaycanın qlobal enerji bazarındakı rolunun qorunub saxlanılması baxımından beynəlxalq enerji şirkətlərinin marağının davam etdiyini göstərir. Eyni zamanda, Bakı Enerji Həftəsi çərçivəsində imzalanan yeni sazişlər və aparılan müzakirələr Azərbaycan–ABŞ enerji əməkdaşlığının ənənəvi neft-qaz tərəfdaşlığından daha geniş iqtisadi və strateji əməkdaşlıq mərhələsinə keçdiyini nümayiş etdirir.